Azərbaycan və Oman xarici işlər nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB Siyasət

Azərbaycan və Oman xarici işlər nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi səfəri çərçivəsində Oman Sultanlığının xarici işlər naziri Bədr əl-Busəidi ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN X-də paylaşım edib.

Görüşdə iki ölkə arasında tərəfdaşlığın dərinləşdirilməsi üçün yüksək səviyyəli dialoqun və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Nazirlər iqtisadiyyat, ticarət, humanitar və mədəni sahələrdə əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər. Görüşdə həmçinin Masqatda Azərbaycan səfirliyinin rəsmi açılışının ikitərəfli münasibətlərin inkişafı üçün mühüm addım olduğu qeyd olunub.

Tərəflər Azərbaycan və Oman arasında BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığı yüksək qiymətləndiriblər.

Bundan əlavə, 2026-cı ildə Azərbaycanda keçiriləcək yüksək səviyyəli tədbirlər – İƏT Zirvə Toplantısı və Dünya Şəhər Forumu kontekstində yaxın əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

***

13:59

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi arasında təkbətək görüş başlayıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN X-də paylaşım edib.

Azərbaycan və Oman xarici işlər nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB Azərbaycan və Oman xarici işlər nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB Azərbaycan və Oman xarici işlər nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB Azərbaycan və Oman xarici işlər nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB Azərbaycan və Oman xarici işlər nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB