 
                
                
                
             
                
                
                
            Tokayev noyabrın 12-də Rusiyaya səfərinin məqsədini açıqlayıb
İsrail səfiri: Azərbaycan və region "Tramp marşrutu"ndan möhtəşəm şəkildə faydalanacaq
Mərkəzi Bank "Monetri" BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
"İmişli" klubunun texniki məğlubiyyətlə bağlı şikayəti qəbul edilməyib
Sahibə Qafarova COP30-da iştirak üçün Braziliyaya səfər edəcək
 13:17
13:17 966
966
31 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və nəqliyyat, humanitar istiqamətlər üzrə inkişaf perspektivləri, eləcə də regional gündəmdə yer alan aktual məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə arasında formalaşmış fəal siyasi dialoqun, regional platformaların əlaqələrin möhkəm əsasını təşkil etdiyi qeyd olunub.
Nazirlər regionda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün birgə səylərin önəmini qeyd ediblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
11:19
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UNESCO Baş Konfransı çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nazirlər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və humanitar istiqamətlərini müzakirə edib, həmçinin regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək vurğulayıblar ki, dövlət rəhbərləri səviyyəsində aparılan fəal siyasi dialoq bu tərəfdaşlıq üçün möhkəm təməl yaradır.
Görüşdə bölgədə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.
 17:58
17:58 392
392 17:53
17:53 469
469 17:52
17:52 455
455 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    

