 
                
                
                
             
                
                
                
            Nazir müavini: Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur
Səfir: Zəngəzur dəhlizinin açılması ilə tıxanmalar aradan qalxacaq
Birol Akgün: Türkiyədə olan hər şey Azərbaycanda, Azərbaycanda olan hər şey Türkiyədə izlənir
Paşinyan Azərbaycanla kommunikasiyaların açılması üzrə Komissiyanın yeni tərkibini təsdiqləyib
 13:59
13:59 924
924
“Yolun uzunluğu 44 kilometr təşkil edir. Rusiyanın dəmir yolu sahəsindəki mütəxəssisləri yolu piyada ötüblər. Yolu təqribən iki ilə bərpa etmək mümkündür. Çünki tunellər dağılmayıb, dəmir yolu kompleksi tələb olunur”.
Bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan Rusiya səfiri Mixail Yevdokimov APA-ya açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, yolun kim tərəfindən və necə bərpa ediləcəyi əsas məsələ deyil.
“Bu yol Azərbaycanla Ermənistan arasında münasibətləri möhkəmləndirməklə yanaşı, regionda iqtisadi əlaqələrin inkişafına da şərait yaradacaq. Əsas məsələ yolun mümkün qədər tez bərpa olunmasıdır”, - səfir deyib.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    