1 Noyabr 2025 16:44
3 080
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 1-də Misir Ərəb Respublikasının Qahirə şəhərinə işgüzar səfərə gedib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Qahirənin beynəlxalq hava limanında Milli Məclisin sədrini Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin səfiri Valid Şams, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edəcək.
11:09
427
25 Mart 17:31
1 337
25 Mart 15:12
1 407

