Ermənistan silah alışında Vaşinqton razılaşmalarını nəzərə alacaq Siyasət

Ermənistan silah alışında Vaşinqton razılaşmalarını nəzərə alacaq

Ermənistan silah və hərbi texnika almağa davam edəcək, lakin avqustun 8-də Azərbaycanla Vaşinqton razılaşmalarını nəzərə alacaq.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Suren Papikyan jurnalistlərə bildirib.

Papikyan qeyd edib ki, İrəvan və Bakının ABŞ-da əldə etdiyi razılaşmalar mühüm haldır və onun öz nəticələri olacaq.

Müdafiə naziri Ermənistanın Hindistanla Su-30 MK qırıcılarının alınması ilə bağlı razılaşmasısının olmadığı da vurğulayıb.