Azərbaycanın Baş naziri və Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub Siyasət

Azərbaycanın Baş naziri və Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycan Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

Bu barədə Cevdet Yılmaz X hesabında bildirib.
Telefon danışığı zamanı Əli Əsədov bildirib ki, Azərbaycan həmrəylik əlaməti olaraq prosesi diqqətlə və qətiyyətlə izləyir.

Cevdet Yılmaz Əli Əsədova qardaş Azərbaycan xalqı adından verdiyi başsağlığı və göstərdikləri səmimi həmrəyliyə görə təşəkkür edib.