“Vergi və sığorta yükü azalır, vətəndaş qazancda!”
29 Dekabr 22:57
29 Dekabr 22:57
29 Dekabr 22:40
29 Dekabr 21:22
29 Dekabr 21:18
13 Noyabr 12:22
2 625
“Prezident İlham Əliyevin Hərbi paraddakı çıxışı həm siyasi, həm də ideoloji baxımdan dərin məna daşıyır. O, bu nitqində Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni təkcə hərbi uğur deyil, milli iradə, iqtisadi müstəqillik və siyasi gücün nəticəsi kimi təqdim etdi”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Z.Qarayeva vurğulayıb ki, Prezidentin Türkiyə və Pakistan rəhbərlərinə göstərdiyi xüsusi təşəkkür, üç qardaş ölkə arasındakı strateji birliyin artıq regionun sabitlik dayaqlarından birinə çevrildiyini göstərdi, “Biz öz torpaqlarımızı özümüz azad etdik” fikri isə Azərbaycanın suveren və müstəqil qərarvermə qabiliyyətinin rəmzi kimi səsləndi: “İlham Əliyev həmçinin “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərdə aparılan bərpa işlərini vurğulayaraq ölkənin yeni mərhələyə — quruculuq və inkişaf dövrünə qədəm qoyduğunu qeyd etdi. Çıxışın əsas mesajı aydındır: Azərbaycan bu gün güclü, qalib və müstəqil dövlətdir, onun Zəfəri və suverenliyi əbədi olacaq”.
Röya İsrafilova
29 Dekabr 21:01
903
29 Dekabr 19:05
1 127
29 Dekabr 18:03
1 113