“Büdcə zərfində bəzi sahələrdə məlumatlılıq səviyyəsi azalıb”
ABŞ-Azərbaycan İşçi Qrupuna Dövlət katibinin müavini Sonata Koulter rəhbərlik edəcək
Rəqəmsal iqtisadiyyat və innovasiya fondunun yaradılması təklif olunub
Tullantı sularının idarə olunması sistemlərinin bərpası üçün vəsait ayrılması təklif olunub
16:30
700
ABŞ Cənubi Qafqazda sülh prosesini dəstəkləyir.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü ilə bağlı məlumatında qeyd edilib.
Görüşdə iki ölkə arasında yeni strateji tərəfdaşlığın inkişaf etdirilməsi, eləcə də ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh və rifahın təşviqinə yönəlmiş vizyonunun irəlilədilməsi məsələləri müzakirə edilib.
Qeyd edilib ki, Allison Huker Azərbaycanı və Ermənistanı Prezident İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Prezident Trampın iştirakı ilə avqust ayında keçirilmiş tarixi görüş münasibətilə təbrik edib.
“Bu mühüm mərhələ tamhüquqlu sülh sazişinə doğru atılacaq növbəti addımlarla birlikdə barışıq, uzunmüddətli sabitlik və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır”, – məlumatda bildirilib.


