20 Noyabr 22:57
20 Noyabr 22:41
20 Noyabr 22:29
09:12
427
“Azərbaycan daima beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verən dövlətlərdən biri kimi Qəzzada sülhməramlı kontingentdə iştirak edə bilər. Ölkəmiz NATO ilə birgə Əfqanıstan, Kosovoda sabitliyin bərpası əməliyyatlarında, Türkiyə ilə birgə Suriyada quruculuq əməliyyatlarında iştirak edib və geniş təcrübə qazanıb”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə bildirib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını nəzərdə tutan bəyannamədə də Azərbaycanın beynəlxalq sülh yaradıcı əməliyyatlarda iştirakı və bu sahədə ABŞ ilə əməkdaşlıq çərçivəsinin yaradılması vurğulanır: “13 oktyabr 2025-ci il tarixində Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət olunan 30-a yaxın dövlətdən birinin Azərbaycan olması və cənab Prezident İlham Əliyevin bu sammitdə iştirakı ölkəmizin gələcəkdə Yaxın Şərqdə sülh missiyası ilə çıxış edə biləcəyinə işarədir. Missiyanın iştirakçılarının tərəfsiz, daha doğrusu, sülhə tərəf olması ərəb-islam dünyası üçün əhəmiyyət daşıyır. Həm ərəb-islam dünyasına mənəvi yaxınlığı, həm də ABŞ və İsraillə praqmatik əməkdaşlığı olan Azərbaycanın bu missiyada iştirakı ölkəmizin beynəlxalq sülhyaradıcı və sülhqoruyucu statusunu gücləndirə bilər”.
Röya İsrafilova
09:23
385
08:24
658
20 Noyabr 19:56
1 183