Prezident İlham Əliyevin D-8 Media Forumunun iştirakçılarına müraciəti oxunub Siyasət

Prezident İlham Əliyevin D-8 Media Forumunun iştirakçılarına müraciəti oxunub

Azərbaycan Prezidenti İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

APA xəbər verir ki, müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

Dövlət başçısı Azərbaycanın D-8 ölkələri ilə təkcə iqtisadi yox, humanitar və sosial məsələlərdə də əməkdaşlıq mexanizmi qurduğunu bildirib.

Prezident ünvanladığı müraciətdə dezinformasiya və süni intellekt vasitəsilə yalan məlumatların yayıldığı bir dövrdə ölkələr arasında təhlükəsiz və qərəzsiz informasiya məkanının formalaşmasının əhəmiyyətini vurğulayıb.