12:13
308
"Süni intellektlə gücləndirilmiş yeni media alətlərindən ictimai asayişi pozmaq və dövlət institutlarına etimadı zəiflətmək üçün silah kimi istifadə olunur".
APA xəbər verir ki, bunu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Media forumunda çıxışı zamanı Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Strateji Kommunikasiya və Böhran İdarəetməsi Departamentinin rəhbəri Bora Bayraktar bildirib.
"Bu reallıq kommunikasiya anlayışının özünün yenidən dəyərləndirilməsini zəruri edir. Kommunikasiya artıq xarici siyasət, enerji və ya iqtisadiyyat kimi öz ekosisteminə malik əsas siyasət sahəsinə çevrilib", - o qeyd edib.
D-8 Media Forumunun səmərəli və davamlı nəticələr verəcəyinə inandığını qeyd edən natiq D-8 çərçivəsində yaradılması nəzərdə tutulan Media Əməkdaşlıq Mərkəzinin media əməkdaşlığını daha da inkişaf etdirəcəyinə və üzv ölkələrin birgə strateji kommunikasiya gücünü artıracağına əmininliyini vurğulayıb.