QDİƏT PA-ya sədrlik Gürcüstana keçib Siyasət

QDİƏT PA-ya sədrlik Gürcüstana keçib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına (QDİƏT PA) sədrlik Gürcüstana keçib.

APA-nın yerli bürosu xəbər verir ki, QDİƏT PA-nın Sofiyada keçirilən 66-cı Baş assambleyasında Bolqarıstan quruma sədrliyi Gürcüstana təhvil verib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili QDİƏT PA-ya altı ay müddətinə rəhbərlik edəcək. Sədrlik çərçivəsində Gürcüstanın əsas prioritetləri parlament diplomatiyasının möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı məqsədilə regional əməkdaşlığın inkişafı olacaq.

Qonşu ölkə PA-nın növbəti 67-ci Baş assambleyasına gələn ilin iyununda ev sahibliyi edəcək.

Qeyd edək ki, QDİƏT 1992-ci ildə yaradılıb. Təşkilata Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Ermənistan, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan,Ukrayna və Serbiya daxildir. Rusiya təşilatda üzvlüyünü dayandırıb.