
Müasir dövrdə dövlətlərin təhlükəsizliyinə yönələn təhdidlər klassik hərbi əməliyyatlardan kənara çıxaraq, hibrid xarakter daşıyan mürəkkəb forma alıb. Bu kontekstdə Xalq Cəbhəsi Partiyasının (AXCP), onun liderləri və havadarlarının, o cümlədən vaxtilə “Milli Şura” adı altında birləşən ünsürlərindağıdıcı fəaliyyətləri hibrid təhdid kimi dəyərləndirilməlidir.
XXI əsrin geopolitik reallığına uyğun olaraq formalaşan hibrid müharibə konsepsiyası üstünlüyü hərbi toqquşma strategiyasına deyil, hədəf ölkədə daxili sabitliyi sarsıtmağa, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlətin idarəetmə sistemini zəiflətməyəvə beynəlxalq imicini zədələməyə verir. Postsovet məkanında tətbiq edilən və artıq sınaqdan keçmiş bu metodlar isə daha datəkmilləşdirilərək müəyyən mexanizm halını alıb.
Hibrid təhdid aləti kimi istifadə olunan AXCP və “Milli Şura”da təmsil olunanların ritorikalarında adətən demokratiya, insan hüquqları və islahatlar kimi universal dəyərləri vasitə kimi işlətmələri birbaşa Azərbaycanda çaxnaşma yaratmaq istəyən kənar qüvvələrin maraqlarına xidmət edir. Məqsəd regionun lider dövləti olan Azərbaycanın müstəqilliyinə təhlükə yaratmaq, digər dövlət(lər)dən asılılığını artırmaq, regionda baş verənprosesləri idarə edəcək qüvvələri formalaşdırmaq və dəstəkləməkdir.
Bəs Azərbaycanda bu fəaliyyətlər necə həyata keçirilib...
Başında Ramiz Mehdiyev durmaqla, AXCP və onun liderləri vasitəsilə həyata keçirilməyə çalışılan çevriliş planı çoxsəviyyəli struktura malik olub. Birinci mərhələdə ictimai narazılığın yaradılması və mövcud hakimiyyət orqanlarının legitimliyinin sual altına alınması təmin edilməli idi. Bunun üçün sosial media platformaları və “müstəqil media” kimi təqdim edilən saytlarvasitəsilə “ənənəvi müxalifət” nümayəndələri qismində cəmiyyətə sırınan ünsürlərin çıxışları intensiv dezinformasiyakampaniyası formasında həyata keçirilirdi.
İkinci mərhələdə seçki proseslərinin saxtalaşdırılması iddiaları, kütləvi etirazlar və küçə aksiyalarının təşkili ilə xarakterizə olunmalı idi. Bu mərhələdə xarici media resursları, beynəlxalqqeyri-hökumət təşkilatları və digər kanallar aktivləşdirilərək Azərbaycana qarşı beynəlxalq təzyiq yaradılırdı.
Üçüncü və son mərhələdə isə “Milli Şura” adı altındahakimiyyətin ələ keçirilməsi nəzərdə tutulurdu. Bu ssenariyəgörə ölkədə siyasi böhran pik həddə çatdırılaraq, dövlət aparatının iflic olması və ya nəzarətdən çıxması təmin edilməli idi.
AXCP yaranan gündən orada xəyanətkar mövqeyinə görə xüsusi seçilən Əli Kərimli uzun illər maskalanaraq özünü Azərbaycan müxalifətinin aparıcı siması kimi təqdim edib. Onun missiyasısistemli şəkildə hakimiyyətin legitimliyini şübhə altına almaq,Azərbaycan əleyhinə çıxışlar etməklə ölkəni gözdən salmaq vəküçə aksiyaları təşkil etməklə sosial gərginlik yaratmaq olub.
Təhlillər göstərir ki, onun xarici dairələr və təşkilatlarla intensiv əlaqələri Azərbaycanın milli maraqlarına zidd tezislərin yayılmasına xidmət edib. Kərimlinin ritorikası hər zaman ölkə daxilində sosial parçalanmanı dərinləşdirmək və beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xələl gətirməyə hesablanıb. Son vaxtlar ortaya çıxan faktlar isə göstərir ki, bu məsələlərdə onunən böyük dəstəkçisi, habelə bütün prosesləri idarə edən “gizli əl” məhz Ramiz Mehdiyev olub.
Ramiz Mehdiyev‒Əli Kərimli tandeminin fəaliyyəti xüsusilə gənc nəslin radikallaşdırılması və anti-dövlət hərəkatların təşviqi ilə əlaqələndirilir. Mehdiyev Kərimlinin əli ilə koordinasiya etdiyi şəbəkələr vasitəsilə küçə etirazlarının təşkilini, sosial media vasitəsilə müxtəlif dezinformasiyaların yayılmasını və hakimiyyətə qarşı nifrət nitqinin genişləndirilməsini həyata keçirib.
Bu cür fəaliyyətlər hibrid təhdidin klassik komponentləridir və xarici kuratorların metodoloji dəstəyi olmadan effektiv şəkildə icra edilə bilməzdi. Burada diqqət çəkən başqa bir məqam isə bucür fəaliyyətlərin həyata keçirilməsində Rusiyada yaşayan bəzi azərbaycanlıların maliyyə imkanlarından istifadə olunması və diaspor üzərindən siyasi tələblərin irəli sürülməsi idi.
Hibrid təhdidin ən güclü komponenti informasiya manipulyasiyalarıdır. AXCP vasitəsilə həyata keçirilən kampaniyalar sosial şəbəkələrdə saxta hesabların yaradılması,Əli Kərimlinin birbaşa rəhbərliyi ilə fəaliyyət göstərən trol qruplarının manipulyativ məzmunun yayılması və ictimai rəyin yönləndirilməsi kimi elementləri əhatə edir.
Xüsusilə Vətən müharibəsi dövründə və ölkəmiz üçün digər həssas dönəmlərdə bu cür informasiya əməliyyatlarıintensivləşdirilərək, cəmiyyətdə çaşqınlıq və qorxu mühiti yaratmağa hesablanmışdı. Saxta xəbərlər, montaj olunmuş videolar və kontekstdən çıxarılmış faktlar ictimai şüurun manipulyasiyası üçün istifadə olunurdu.
Xəyanətkar fəaliyyətin digər bir istiqaməti isə AXCP-nin və “Milli Şura”nın Cəmil Həsənli, Gültəkin Hacıbəyli kiminümayəndələrinin müntəzəm şəkildə müxtəlif platformalardaAzərbaycan əleyhinə çıxışları idi. Ötən müddət ərzində AŞPA-da, Avropa Parlamentində, müxtəlif qeyri-hökumət təşkilatları və media qurumları vasitəsilə Azərbaycan dövləti əleyhinə kampaniyalar aparılıb. Bu kampaniyalar zamanı faktlar təhrif edilərək, birtərəfli fikir formalaşdırılıb, ölkəmiz haqqında daimneqativ mövqe nümayiş etdirilib.
Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarınınpeşəkarlığı sayəsində üstü açılan bu xəyanət planı ilə bağlı məlumatlar göstərir ki, ölkədə kütləvi iğtişaşlar və dövlət çevrilişi üçün sistematik hazırlıq həyata keçirilirmiş. Bu fəaliyyətlər gizli formada keçən görüşlər, məxfi məlumatların mübadiləsi, maliyyə kanallarının yaradılması, müxtəlif qrupların formalaşdırılması və sair anti-dövlət tədbirlərini əhatə edib.
Dövlət Təhlükəsizlik Xidmətinin operativ tədbirləri nəticəsində“Dövlət Şurası”nın əsas firqurantları müəyyənləşdirilib və xainplanın qarşısı alınıb. Bu uğur, eyni zamanda, Azərbaycanın dövlət qurumlarımın peşəkarlığını və hibrid təhdidlərə qarşı hazırlığını bir daha nümayiş etdirib.
AXCP və onun xarici kuratorlarının planlarının fiaskoya uğramasının bir neçə əsas səbəbi var. Başlıca səbəbi, Azərbaycan cəmiyyətinin xalqımıza qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməsidir. Eyni zamanda, dövlətçilik təcrübəsinin əvvəlki onilliklərlə müqayisədə xeyli güclənməsi, ictimaiyyətinmanipulyativ texnikalara qarşı daha müqavimətli olubtəxribatlara uymamasındadır.
İkincisi, dövlət aparatının institutlaşması və peşəkar kadr potensialının güclənməsi təhlükəsizlik baxımından əhəmiyyətli nailiyyətdir. Müvafiq qurumlarımız artıq hibrid təhdidləri vaxtında aşkar etmək və zərərsizləşdirmək bacarığına yiyələniblər.
Üçüncüsü, dövlət başçımızın strateji və milli maraqlarımıza söykənən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi və regional əhəmiyyətinin artmasıdır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq layihələrində əldə olunan uğurlar Azərbaycanın beynəlxalq müstəvidə dəstək görməsinə şərait yaradıb, sabitləşdirici amilə çevrilib.
Yerləşdiyimiz region tarixən böyük dövlətlərin maraqlarının toqquşduğu bölgə olduğu üçün müxtəlif dövlətlər buradanüfuzunu saxlamaq məqsədilə bundan sonra da fərqli alətlərdən istifadə edəcəklər. Və Rusiyanın Ukrayna ilə müharibəsi bitdikdən sonra Cənubi Qafqazda təsir dairəsini bərpa etməyə çalışacağı heç bir şübhə doğurmur. Fiaskoya uğramış “Milli Şura” və AXCP kimi psevdo-strukturlar isə bu strategiyanın hissəsi kimi yenə də regional balansın və daxili sabitliyin pozulması üçün istifadə ediləcəklər. Ona görə də, bu cür “birliklər” vaxtında zərərsizləşdirilməlidir.
Hibrid təhdidlərlə mübarizə kontekstində Mehdiyev-Kərimli tandeminin çevriliş cəhdlərinin ifşası və iflasa uğraması əslindəbütün postsovet məkanı üçün örnək ola bilər. Azərbaycan təcrübəsi göstərir ki, vahid milli maraqlar ətrafında birləşən, qanunlara hörmət edən və xarici manipulyasiyalara qarşı həssas olan cəmiyyət istənilən hibrid təhdidi dəf edə bilər. Dövlət institutlarının şəffaflığı, vətəndaşlarla effektiv kommunikasiya və ictimai etibarın qorunması isə ölkəmiz üçün bu mübarizədə həlledici rol oynayır.
Ramid Namazov
Milli Məclisin deputatı,
Milli Məclisin Xarici müdaxilələrə və
hibrid təhdidlərə qarşı komissiyasının sədri