ərbi Azərbaycan İcmasının məqsədi 300 mindən çox qaçqının öz yurduna qayıdışıdır Siyasət

ərbi Azərbaycan İcmasının məqsədi 300 mindən çox qaçqının öz yurduna qayıdışıdır

Qərbi Azərbaycan İcması (QAİ) son 200 ildə Ermənistan mərhələ-mərhələ qovulan minlərlə insanı, onların varislərini birləşdirən təşkilatdır.

APA xəbər verir ki, bu fikirləri “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfransda İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxış edərkən deyib.
O bildirib ki, təşkilatın məqsədi Azərbaycan -Ermənistan müharibəsi səbəbindən yurdlarından didərgin düşmüş 300 min dən çox qaçqının öz ata-baba yurdlarına qayıdışını təmin etmək təşkil edir.

“Fəaliyyətimizdə beynəlxalq hüquqlara söykənirik. Təəssüf ki, Ermənistan bütün bu qanunsuz əməllərə görə beynəlxalq məsuliyyət daşımaq istəmir. Onların etdikləri bəşəri cinayətdir. Buna görə UNESCO-ya dəfələrlə müraciət etmişik”,- deyə Ə.Ələkbərov əlavə edib.