Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB
Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub
EHİS-də kommersiya hüquqi şəxsləri üzrə birbaşa qeydiyyata alınan məlumatlar müəyyənləşib
Dizayn ixtisasına qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
12:09
441
Bu gün Baş nazir Əli Əsədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının əhəmiyyəti vurğulanıb.
TDT-yə üzv ölkələr arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulduğu məmnunluqla qeyd olunub.
Azərbaycanın sədrliyi çərçivəsində təşkilatın öz inkişafını davam etdirəcəyinə və beynəlxalq müstəvidə nüfuzunu daha da artıracağına əminlik ifadə olunub.
Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkədə aparılan ardıcıl sosial islahatlar barədə söhbət açılıb. Bildirilib ki, innovativ iqtisadiyyatın yaradılması, əmək məhsuldarlığının yüksəldilməsi və sosial rifahın artırılması Azərbaycan Prezidenti tərəfindən dövlət siyasətinin strateji məqsədi kimi müəyyənləşdirilib.
Görüşdə Türk dövlətləri arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
12:33
378
10:42
903
10:33
777