5 Dekabr 2025 18:44
2 947
Ermənistan və Azərbaycan arasında sülh sazişi Transxəzər marşrutunun inkişafı üçün böyük perspektivlər yaradır.
Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta Qazaxıstanın “Silk Way” telekanalına müsahibəsində bildirib.
“Aprel ayında keçirilən Aİ–Mərkəzi Asiya sammitində Orta Dəhlizin inkişafını sürətləndirmək barədə razılığa gəlmişdik. Ermənistan və Azərbaycan arasında sülh sazişi də yeni imkanlar açır. Bu, Asiyanı Avropaya birləşdirən və Qara dənizə çıxışı olan Transxəzər marşrutunun tam inkişafı üçün böyük perspektivlər yaradır”, - Koşta qeyd edib.
21:41
574
20:50
700
20:15
763