6 Dekabr 2025 16:53
2 646
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Doha Forumu” çərçivəsində “Ermənistan-Azərbaycan davamlı sülhü: Vaşinqton sazişi və birgə gələcək” mövzusunda panel müzakirəsində iştirak edib.
Xalqcebhesi.az xəbər verir ki, Hikmət Hacıyev bu barədə X hesabında paylaşım edib.
“Biz Vaşinqton razılaşmalarının həyata keçirilməsi çərçivəsində atılan addımları, o cümlədən sülhün iqtisadi faydasını, nəqliyyat-kommunikasiya əlaqələrini, etimad quruculuğu prosesini və s. müzakirə etdik. Mən Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh və rifah zonasına çevirmək niyyətini vurğuladım”, - deyə paylaşımda bildirilib.
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400
25 Mart 15:01
1 323