11:50
434
“Hərbi parad” müstəqil dövlətimizin gücünün, ordumuzun qüdrətinin və xalqımızın birlikdə yazdığı şanlı qələbənin təntənəsinə çevrildi
Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci il “Konstitusiya və Suverenlik ili” kimi qeyd edilir. Noyabrın 8-də qürur hissi ilə şahidi olduğumuz Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş möhtəşəm Hərbi parad müstəqil dövlətimizin gücünün, ordumuzun qüdrətinin və xalqımızın birlikdə yazdığı şanlı qələbənin təntənəsinə çevrildi”, - deyə Baş nazir vurğulayıb.