10:35
616
“12 Dekabr Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqından cismən ayrıldığı gündür. Tarixinin nadir şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyevi ehtiramla anırıq. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının taleyini dəyişmiş, dövlətimizi uçurumdan xilas etmiş, müasir Azərbaycanı qurmuş liderdir. Onun fəaliyyəti həm milli yaddaşımızın, həm də dövlətçiliyimizin ayrılmaz parçasıdır. 1990-cı illərin ən ağır, qarışıq və taleyüklü dövründə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı xaosdan, vətəndaş qarşıdurmasından və parçalanma təhlükəsindən xilas etdi. O olmasaydı, dövlət müstəqilliyinin qorunması belə sual altında idi”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı söyləyib.
G.Ağamalı qeyd edib ki, bu gün güclü iqtisadiyyatı, sabit siyasi sistemi, balanslı xarici siyasəti olan Azərbaycan modelinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub: “Onun aparmış olduğu islahatlar, neft strategiyası, ordu quruculuğu və dövlət idarəçiliyi konsepti ölkəmizin dayaqlarını möhkəmləndirdi. Ümummilli Liderimiz Heydər Əliyev bütün fəaliyyətini Azərbaycan xalqının bütövlüyünə, dövlətin möhkəmlənməsinə və milli maraqların qorunmasına həsr edib. Onun yaratdığı ideoloji xətt bu gün də ölkəmizin siyasi sabitliyinin və milli həmrəyliyinin əsasıdır”.
Deputatın sözlərinə görə, möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik konsepsiyası uğurla davam edir: “Azərbaycan regionun ən güclü dövlətinə, söz sahibinə, qlobal təşəbbüslərin müəllifinə çevrilib. Ümummilli Liderin həyatı və fəaliyyəti Azərbaycan xalqı üçün bu günümüzün dayağı, gələcəyimizin yol xəritəsidir. Onun yaratdığı güclü dövlətçilik məktəbi zaman keçdikcə daha da dərinləşir, onun ideyaları xalqımızın mənəvi sərvətinə çevrilib. Ümummili lider Heydər Əliyevin Azərbaycan üçün əhəmiyyəti əsrlər boyu yaşayacaq, gələcək nəsillər böyük şəxsiyyətin xidmətlərindən güc və ilham alacaqlar. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qüruru, dövlətimizin memarı və əbədiyaşar lideridir”.
Röya İsrafilova
11:56
294
11:30
434
11:26
399
