Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının yeni Fəaliyyət Planının detalları məlum olub
Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Vladanka Andreyeva ilə görüşüb
Azərbaycan və Türkiyə üçüncü ölkələrə sərmayə qoyulması sahəsində əməkdaşlıq edəcək
Azərbaycan və Türkiyə sərbəst ticarət müqaviləsi imzalanması imkanlarını araşdıracaq
15:40
560
Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi ölkələrimizin inkişaf templərinə cavab vermir.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.
Əli Əsədov deyib ki, Türkiyə Azərbaycanın həm idxalda (3-cü), həm ixracda (2-ci), həm də ikitərəfli ticarət dövriyyəsində (2-ci) əsas tərəfdaşlarından biridir: “Son zamanlar ticarət dövriyyəmiz obyektiv səbəblərdən bir qədər azalıb. 2025-ci ilin 11 ayında 7.5 faiz azalma qeyd olunub (5.2 mlrd. $). Bu rəqəmlər heç də ölkələrimizin inkişaf templərinə cavab vermir. Mövcud iqtisadi potensialımız və coğrafi üstünlüklərimiz göstərir ki, ticarət dövriyyəsinin həcmini daha yüksək səviyyəyə qaldırmaq üçün real və istifadə olunmamış imkanlar mövcuddur. Ticarət dövriyyəsinin artırılması strateji əhəmiyyət daşıyır və əminəm ki, bu gün biz bu barədə ətraflı danışacağıq. Preferensial Ticarət Sazişinin nəticələrini təhlil edərək əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir. Qarşılıqlı ticarətin artırılmasına xidmət edən əsas amillərdən biri də kənd təsərrüfatı mallarının idxal-ixracıdır”.
17:11
119
17:10
175
17:09
196