Sərdar Berdiməhəmmədov Azərbaycan səfirini təltif edib Siyasət

Sərdar Berdiməhəmmədov Azərbaycan səfirini təltif edib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının səfiri Qismət Gözəlovu təltif edib.

Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Məlumata görə, Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli 613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “Türkmənistanın Tərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltif edilib.

25 dekabr 2025-ci ildə Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları” adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov təltifləri Qismət Gözəlova təqdim edib.

Azərbaycan Respublikasının səfiri Qismət Gözəlov, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid MeredovSərdar Berdiməhəmmədov Azərbaycan səfirini təltif edib