30 Dekabr 2025 12:26
3 759
Gecə və növbəli iş zamanı işçilərin ailə vəzifələri nəzərə alınacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən, işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları, əsaslandırıldıqda və mümkün olduqda nəzərə alınmalıdır.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
25 Mart 17:31
1 323
25 Mart 15:12
1 393
25 Mart 15:01
1 316