Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans başa çatıb Siyasət

Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans başa çatıb

Azərbaycanda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransın yekununda Bakı Təşəbbüs Qrupu ilə Siqh Federasiyası arasında siqh zorakılığına qarşı qlobal fəaliyyət naniminə beynəlxalq ictimaiyyətə çağırış sənədi imzalanıb.

Tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də siqh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edib.

Konfransda Hindistan hökumətinin siqhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə edilib.