Milli Məclisin sədri: İspaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var Siyasət

Milli Məclisin sədri: İspaniya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var

İspaniya və Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi və yeni istiqamətləri əhatə etməsi üçün yaxşı imkanlar var.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosiasla birgə mətbuat konfransında deyib.

“Bir sıra istiqamətlər üzrə uğurlu əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın daha da genişləndirilməsi, yeni istiqamətləri də əhatə etməsi üçün yaxşı imkanlar var. Eyni zamanda, müqavilə-hüquq bazasının genişləndirilməsiüzərində iş aparılır. Elm, təhsil və mədəniyyət sahələrindəki əməkdaşlıq da olduqca vacibdir. Bu sahələrdə əlaqələrin gücləndirilməsixalqlarımızın, xüsusən gənclərimizin bir-birini daha da yaxından tanımasına və yaxınlaşmasına imkan yaradacaq.

Digər tərəfdən, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, qarşılıqlı dəstək də böyük əhəmiyyətə malikdir. Xanım Armenqolla Cənubi Afrika Respublikasınını Keyptaun şəhərində “Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində keçirdiyimiz görüşü və müzakirələri də məmnunluqla qeyd etdik. Şübhəsiz ki, parlamentlərimiz arasındakı əlaqələri daha da genişləndirmək üçün yaxşı imkanlar mövcuddur. Və elə xanım Armenqolun səfəri də bu imkanlardan istifadə etmək niyyətimizi təsdiq edir”, - Milli Məclisin sədri bildirib.