Azərbaycan Honkonq pasportunu daşıyanlar üçün vizasız rejim tətbiq edib Siyasət

Azərbaycan Honkonq pasportunu daşıyanlar üçün vizasız rejim tətbiq edib

Azərbaycan Honkonq pasportunu daşıyanlar üçün vizasız rejim tətbiq edib.

APA xəbər verir ki, bu barədə məlumat Honkonq Xüsusi Administrativ Rayon Hökumətinin (HKSAR) saytında yerləşdirilib.

Məlumata görə, HKSAR bununla bağlı Azərbaycandan bildiriş alıb. Belə ki, Honkonq pasportu olanlar bu il 2 fevraldan 2027-ci il 2 fevral tarixinə qədər hər girişdə 30 günə qədər qalmaqla, Azərbaycana üç dəfə vizasız səfər edə biləcəklər.

“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində bu vizasız razılaşma HKSAR pasportu sahibləri üçün səfərləri asanlaşdıracaq və iki tərəf arasında turizm, mədəniyyət və iqtisadi əlaqələri gücləndirəcək”, - məlumatda bildirilib.