Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib, Prezident İlham Əliyevə mükafat təqdim olunub - VİDEO - YENİLƏNİB-3 Siyasət

Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib, Prezident İlham Əliyevə mükafat təqdim olunub  - VİDEO - YENİLƏNİB-3

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib.

APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun, Livan Respublikasının Prezidenti Cosef Aunun, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın və İordaniya Haşimilər Krallığının Kralı II Abdullahın “Zayed İnsan Qardaşlığı Mükafatı”nın laureatlarına təbrik videomüraciəti nümayiş olunub.

Mərasimdə Prezident İlham Əliyev çıxış edib.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış edib.

Mərasimdə, həmçinin “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış edib.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nı laureatlara təqdim edib.

Sonda birgə foto çəkdirilib.

***

18:10

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin himni səsləndirilib.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.

Mərasimdə Prezident İlham Əliyev çıxış edib.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış edib.

Mərasimdə, həmçinin “Taavon” Fələstin təşkilatı adından Nabil Qaddumi çıxış edib.

***

18:02

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin Himni səsləndirilib.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.

Mərasimdə Prezident İlham Əliyev çıxış edib.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış edib.

***

17:47

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin Himni səsləndirilib.

“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış edib.

Mərasimdə Prezident İlham Əliyev çıxış edib.

Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış edib.

***

17:24

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.

Bu barədə APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.