“Bu, bütün dünya ictimaiyyətinin Azərbaycan liderinə verdiyi qiymətdir” Siyasət

“Bu, bütün dünya ictimaiyyətinin Azərbaycan liderinə verdiyi qiymətdir”

“Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycan liderinə dünya miqyasında, dünya siyasətində olan hörmət, etimaddır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin gördüyü iş, vizyon, sülh gündəliyi bütün dünya tərəfindən dəstəklənir: “Onun azad olunmuş ərazilərdə aparılan quruculuq işləri dünya üçün nümunəvi işlərdir. Ona görə də mən hesab edirəm ki, bu mükafat tək bir ölkənin yox, bütün dünya ictimaiyyətinin Azərbaycan Prezidentinə, Azərbaycan liderinə verdiyi qiymətdir”.

Röya İsrafilova