Macarıstan XİN-in dövlət katibi Azərbaycana səfər edəcək Siyasət

Macarıstan XİN-in dövlət katibi Azərbaycana səfər edəcək

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Staray Azərbaycana səfər edəcək.

APA-nın əldə etdiyi xəbərə görə, o, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək iclasında iştirak edəcək.

Qeyd edək ki, bu il martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçiriləcək.

Xatırladaq ki, tədbirə bir sıra ölkələrdən nazirlər, nazir müavinləri, digər yüksək səviyyəli nümayəndələr, maliyyə institutları və enerji şirkətləri qatılacaq.