Naxçıvan MR Baş naziri kollektivə təqdim edilib Siyasət

Naxçıvan MR Baş naziri kollektivə təqdim edilib

Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev kollektivə təqdim edilib.

Təqdimat mərasimindən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib.

Nazirlər Kabinetinin kollektivinə təqdim edilən Baş nazir Cabbar Musayev çıxışında göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdırıb. Bildirib ki, Nazirlər Kabinetinin əsas vəzifəsi sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsidir. Atılan bütün addımların mərkəzində vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri dayanmalıdır.

Sonda səlahiyyətli nümayəndə Cabbar Musayevi təbrik edərək, Prezidentin Muxtar Respublikanın inkişafı ilə bağlı tapşırıqlarının vaxtında və layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Naxçıvan MR Baş naziri kollektivə təqdim edilibNaxçıvan MR Baş naziri kollektivə təqdim edilibNaxçıvan MR Baş naziri kollektivə təqdim edilibNaxçıvan MR Baş naziri kollektivə təqdim edilibNaxçıvan MR Baş naziri kollektivə təqdim edilibNaxçıvan MR Baş naziri kollektivə təqdim edilib