SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
10 Fevral 12:27
1 750
10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Xuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə 31 şirkətin rəhbər şəxsləri və nümayəndələri daxildir.
Görüş zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq əlaqələrinin təsis edilməsi istiqamətində atılan addımlar, ölkələrimiz arasında enerji, ticarət, nəqliyyat, logistika, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, bir sıra əhəmiyyətli sahələrdə iqtisadi sərmayə kimi istiqamətlərdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, planlar və ABŞ-nin özəl sektoru ilə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Ötən ilin 8 avqust tarixində Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində qeyd edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və müzakirələr yüksək qiymətləndirilib, imzalanacaq Xartiyanın münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Bundan əlavə, görüşdə Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, bərpaolunan enerji resurslarının inkişafının əhəmiyyəti, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları, habelə digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
3 Aprel 20:45
1 022
3 Aprel 17:42
1 050
3 Aprel 16:42
1 141

