İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
10 Fevral 16:30
1 617
Həm Ermənistan Baş naziri Nikol Paşinyan, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə çox yaxşı münasibətlərimiz var.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Bakıya səfərindən əvvəl İrəvan aeroportunda jurnalistlərə açıqlamasında bildirib.
“Dünən Baş nazirin çıxışını eşitdim. Bir neçə ay əvvəlki vəziyyətlə müqayisədə indiki vəziyyətimizi nəzərə alsaq, o, sülh müqaviləsi ilə bağlı nikbindir”, - Vens qeyd edib.
O əlavə edib ki, ABŞ-ın Azərbaycan və Ermənistanla uğurlu əməkdaşlığı davam edəcək.
Qeyd edək ki, Vens Ermənistandan Azərbaycana səfərə yola düşüb.