Kreml: Rusiya "Sülh Şurası"nın ilk iclasında iştirak etməyi planlaşdırmır
Rəşad Nəbiyev: Kibertəhlükəsizliklə bağlı bütün çağırışlar yaxın vaxtlarda həyata keçiriləcək
Nazir: Startapların maliyyələşməsi ilə bağlı qanun yaxın aylarda qəbul edilə bilər
Rəşad Nəbiyev: IT sahəsində ixracımız 100 mln. dollar ətrafındadır
17:42
630
İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaud Heqi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri, hörmətli cənab Prezident.
Sizin və Ermənistanın Baş nazirinin mühüm əhəmiyyətə malik nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyinizdən məmnun oldum.
Mən uzun müddət həm Cenevrədə, həm də ölkənizə səfərlərim zamanı Sizin Azərbaycan xalqının xoşbəxt, firavan, təhlükəsiz gələcəyini konkret və beynəlxalq səviyyədə tanınmış dəyərlərlə təmin etmək istiqamətində göstərdiyiniz səyləri izləmişəm.
Bir neçə il əvvəl təşəbbüs göstərərək təsis etdiyim və həmin vaxtdan etibarən rəhbəri olduğum İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatası Azərbaycan Respublikasının iqtisadi inkişafına, Ermənistanla sülhün əldə olunmasına töhfə vermək, İsveçrə şirkətlərini azad edilmiş ərazilərin bərpası ilə bağlı genişmiqyaslı fəaliyyətlərə cəlb etmək, həmçinin müxtəlif xalqları və millətləri bir-birinə yaxınlaşdıran layihələri təşviq etməklə Cənubi Qafqaz regionunun rifahı naminə yorulmadan səy göstərir.
Ölkənizdə geniş təcrübəyə malik olan və onu İsveçrədə daha yaxından tanıtmağa çalışan palatamızın bölgədə formalaşan yeni sülh mühitinə uyğun, dayanıqlı və konkret iqtisadi təşəbbüslərin dəstəklənməsi istiqamətində əvvəlkindən daha qətiyyətlə fəaliyyət göstərdiyinə əmin ola bilərsiniz.
Cənab Prezident, sülhə nail olan Zati-alinizə səmimi təbriklərimi çatdırır, Azərbaycanı və bütün Cənubi Qafqazı dünyanın ən sabit və inkişaf edən bölgəsinə çevirmək yolunda möhtəşəm fəaliyyətinizdə Sizə uğurlar arzulayıram".