Ərşad Salehi Azərbaycan səfiri ilə görüşüb Siyasət

Ərşad Salehi Azərbaycan səfiri ilə görüşüb

İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi Azərbaycan Respublikasının İraqdakı səfiri cənab Eldar Nadir oğlu Səlimov ilə görüşüb.

Görüş zamanı siyasi və təhlükəsizlik vəziyyəti və ümumi maraq doğuran məsələlər, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.

Ə.Salehi, həmçinin səfiri Azərbaycan Respublikasının İraqa səfir təyin olunması münasibətilə təbrik edib, onun birgə əməkdaşlığı davam etdirməyə, xüsusilə də türkmən icması ilə bağlı məsələlərin dəstəklənməsinə sadiqliyini vurğulayıb.

Cavid