SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
13 Fevral 22:32
2 688
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-ın “Oracle” korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.
Söhbət zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə texnoloji transformasiya və süni intellekt sahələrinin inkişafı üzrə həyata keçirilən siyasətə toxunuldu, bu xüsusda “Oracle” korporasiyası ilə əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın olduğu bildirildi və tərəfdaşlığın perspektivləri ilə bağlı artıq çərçivə razılaşmasının əldə edildiyi vurğulandı.
“Oracle” şirkətinin Azərbaycanda dövlət və özəl müəssisələrə bir sıra xidmətlərin göstərilməsi ilə bağlı uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə olundu. Azərbaycanın müxtəlif aparıcı ali təhsil müəssisələrində üç “Oracle” akademiyasının fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.
Görüşdə, eyni zamanda, Azərbaycan-ABŞ siyasi əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edildi, bu xüsusda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Həmin sənəddə də ölkələrimiz arasında süni intellekt sahəsinin prioritet istiqamət kimi əks olunduğu vurğulandı.
3 Aprel 20:45
1 078
3 Aprel 17:42
1 106
3 Aprel 16:42
1 183