Merz ABŞ və Avropa münasibətlərində parçalanma olduğunu bildirib
13 Fevral 17:58
13 Fevral 17:58
13 Fevral 16:57
13 Fevral 12:41
13 Fevral 12:09
Prezident: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil
Prezident İlham Əliyev qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışıb
Azərbaycan Prezidenti: Normallaşma prosesi uğurla irəliləyir
Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq
Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib
01:38
574
Onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir.
Bunu Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinin hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarı ilə bağlı suala cavabında bildirib.
“Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”, - deyə dövlətimizin başçısı əlavə edib.