İsrail Hərbi Hava Qüvvələrinin komandanı İrana qarşı əməliyyatlarda iştirak edib
Tramp: Üç gündə İran Hərbi Dəniz Qüvvələrinin 42 gəmisini məhv etdik
Liviya Prezident Şurasının Sədri Azərbaycan liderinə zəng edib, İranın hücumunu qınayıb
Britaniya Yaxın Şərqə təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır
15 Fevral 11:33
2 611
Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Serbiya ənənəvi dostluq münasibətlərinin, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq.
Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda əksini tapıb.
“Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu gün qarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərimiz hərtərəfli inkişaf edir və yeni məzmunla zənginləşir. Şübhəsiz, ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər, fəal siyasi dialoqumuz bu əlaqələrin daha sürətlə inkişafına və strateji tərəfdaşlığımızın möhkəmlənməsinə şərait yaradır. Bu yaxınlarda Davosda Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram”, - deyə dövlət başçısı vurğulayıb.