26 Fevral 09:56
1 680
“AZAL təyyarəsinin qəzası ilə bağlı ən ali səviyyədə də bildirmişdik ki, Azərbaycanın mövqeyi bu mövzuda qətiyyətlidir, birmənalıdır”.
APA xəbər verir ki , bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, gözləntiləri ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti ilə görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş yanaşmanın təsdiq tapmasıdır: “Hesab edirik ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyevlə Rusiya Prezidentinin görüşündə Rusiya lideri tərəfindən səsləndirilmiş yanaşma təsdiqini tapmalıdır. Hansı ki təyyarənin vurulması Rusiya MN-in səhvi ucbatından baş verib, buna qarşı tədbir görülməsi, hüquqi qiymətin verilməsi, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir. Bizim gözləntimiz də bundan ibarətdir”.
11:09
364
25 Mart 17:31
1 337
25 Mart 15:12
1 407