5 Mart 23:59
2 114
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycanın Naxçıvan Muxtar Respublikasında mülki obyektlərə qarşı həyata keçirilən dron hücumlarını qəti şəkildə pisləyib.
TDT-nin yaydığı bəyanatda bildirilib ki, hücumlar İran ərazisindən həyata keçirilib və mülki infrastrukturu hədəfə alıb.
Baş katib belə hadisələrin təkrar olunmamasının vacibliyini vurğulayıb və regionda gərginliyin daha da artmasının qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb.
Bəyanatda həmçinin Türk Dövlətləri Təşkilatının Katibliyinin Azərbaycan hökuməti və qardaş Azərbaycan xalqı ilə tam həmrəylik nümayiş etdirdiyi qeyd olunub.
11:09
329
25 Mart 17:31
1 330
25 Mart 15:12
1 400