Pezeşkian: Regionda sülh üçün vasitəçilik başlayıb
6 Mart 16:06
6 Mart 16:06
6 Mart 12:36
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
Bakıda terror aktı hazırlayan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Medianın İnkişafı Agentliyi ölkəmizlə bağlı informasiya təxribatlarına qarşı xəbərdarlıq edib
Prezident İlham Əliyevlə Aleksandar Vuçiç arasında telefon danışığı olub
6 Mart 17:42
1 435
Moldova Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi İranın Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilən dron hücumlarını pisləyib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Milli Məclisin sədri Sahibə Qafarova bu gün Mixay Popşoi ilə görüşdə ölkəmizə qarşı törədilən bu hücumların qəbuledilməz olduğunu və Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılandığını bildirib.
Mixay Popşoi isə Moldovanın bu xain hücumları qətiyyətlə qınadığını söyləyərək, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını bildirib.
Qeyd olunub ki, Azərbaycan da bir çox məsələlərdə Moldovanın yanında olub, ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimiz bir-birinə qarşılıqlı dəstək verib. Mixay Popşoi, həmçinin Moldovada baş vermiş enerji böhranı zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova qonağa Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumat verib. Qonaq, ölkəsinin sülh prosesində Azərbaycanın təşəbbüs və liderliyini alqışladıqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
6 Mart 22:28
1 134
6 Mart 21:05
1 036
6 Mart 21:05
1 001