“Regionda baş verənlər Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılmasının nə qədər əsaslı olduğunu göstərir” Siyasət

“Regionda baş verənlər Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılmasının nə qədər əsaslı olduğunu göstərir”

“Bu gün regionda cərəyan edən mürəkkəb geosiyasi proseslər, artan gərginlik və risklər fonunda cənab Prezidentin ardıcıl və praqmatik xarici siyasət kursu, uzaqgörən strateji baxışı və milli maraqlara əsaslanan prinsipial mövqeyi nəticəsində Azərbaycan Respublikasının suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır”.

Bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin bu keçirilən iclasında çıxışı zamanı deyib.

Ə.Əsədov bildirib ki, məlum olduğu kimi, ötən həftə İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı hadisə baş verib: “Baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev xalqının təhlükəsizliyini qoruyan və hər zaman öz xalqının arxasında duran güclü liderdir”.

Baş nazir onu da əlavə edib ki, son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir.

Röya İsrafilova