Səfir: Pakistanı bütün beynəlxalq platformalarda dəstəklədiyinə görə Azərbaycana təşəkkür edirik Siyasət

Səfir: Pakistanı bütün beynəlxalq platformalarda dəstəklədiyinə görə Azərbaycana təşəkkür edirik

"Bu gün Pakistan üçün çox mühüm, pakistanlıları birləşdirən gündür. Martın 23-də biz, suverenlik əldə etdik, hər il bu günü ehtiramla qeyd edirik”.

Bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bu gün Bakıda keçirilən Pakistan Gününə həsr olunmuş tədbirdə deyib.

Səfir qeyd edib ki, Pakistan terrorizmə qarşı mübarizəni qətiyyətlə davam etdirəcək və ölkənin təhlükəsizliyi üçün bütün zəruri addımlar atılacaq.

O, həmçinin Kəşmir məsələsinə toxunaraq, bölgədə yaşayan insanların hələ də insan hüquqları pozuntularından əziyyət çəkdiyini bildirib və beynəlxalq ictimaiyyəti bu məsələdə həmrəy olmağa çağırıb.

Diplomat Kəşmir məsələsində Pakistanı bütün beynəlxalq platformalarda dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.