“AzerGold”un İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
“AzerGold”un İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
MSK sədri vəfat edənlərin adlarının qısa müddətdə seçici siyahısından çıxarılmasını vacib sayıb
MDB-nin Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
14:54
791
ABŞ və İsrail İslam Respublikasının ərazisinə təkrar zərbələr endirəcəyi təqdirdə, İran yeni hərbi əməliyyat taktikasına əl atacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin rəsmisi Əbülfəzl Şekarki bəyan edib.
"Biz zəifləməmişik. Əksinə, daha da güclənmişik. Ölkəmizdə raket və pilotsuz uçuş aparatlarının istehsalı müharibə zamanı da dayanmayıb və düşmən onların yerləşdiyi obyektləri heç vaxt aşkar edə bilməyəcək. Biz mühüm döyüş təcrübəsi qazanmışıq və digər taktik qərarlardan istifadə edəcəyik", — deyə Şekarki "Al Jazeera" telekanalına müsahibəsində vurğulayıb.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri düşmənin bütün hərəkətlərini izləyir və cavab zərbələri üçün mümkün hədəfləri artıq müəyyənləşdirib. Telekanalın həmsöhbəti əmin edib ki, İslam Respublikasının yeni bir hücuma cavabı əvvəlkindən "daha güclü və sərt" olacaq. O, həmçinin xəbərdarlıq edib ki, növbəti eskalasiya baş verərsə, hərbi əməliyyatlar "regionun hüdudlarından kənara çıxacaq".
Ötən gün isə İran ordusunun "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahının rəisi Əli Abdullahi bildirib ki, Tehran İran hərbi texnikasının modernləşdirilməsi üçün tədbirlər görür və hərbi potensialın qorunub saxlanılması üçün lazım olan hər şeyi edir.
Məryəm Quliyeva