“Ağaran saçlarım Hadrutdan yadigardır” Siyasət

“Ağaran saçlarım Hadrutdan yadigardır”

Cocuq Mərcanlı kəndində "Azərbaycan Rusiya Qafqazda yeganə müttəfiqi" mövzusunda keçirilən konfransfa çıxış edən Moskva Beynəlxalq Universitetinin dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Sergey Komarov Qarabağda ilk dəfə olmadığını deyib.
Sergey Komarovun bildirib ki, 1988-ci ildə ittifaqın mərkəzi rəhbərliyi onu erməni separatizminin yayılmasının qarşısını almaq üçün, o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinə göndərib: "1988-ci ilin sentyabrında universitetimizdə azərbaycanlılar və ermənilər arasında etnik zəmində olan qarşıdurmaların qarşısını almaq üçün Qarabağa gedən bir kursant taboru yarandı. Kursantları o zamankı Stepanakertə (indiki Xankəndinə), Şuşaya, Füzuliyə və Hadruta bölüşdürdülər. Məni də Moskva Dövlət Universitetinin Dövlət və Hüquq Tədris şöbəsinin dosenti və mayor rütbəsində onlara rəhbərlik edməyə göndərdilər.
Qarabağa gəldik və vəziyyətin artıq gərgin oldugnu gördük. Qərbin xüsusi xidmətləri özlərini burada çox fəal şəkildə göstərməyə calışırdılar. Məsələn, konyak zavodunun işçiləri birdən-birə etiraz etməyə başladılar. Səbəb kimi isə rusların məhsullarını Böyük Britaniyaya göndərməyə mane olmaqlarını göstərdilər. İndi gülünc görünür, amma onda gülmək vaxtı deyildi. Ermənilər bizi onlara mane olmaqda ittiham edirdilər. Biz isə cavab verirdik: biz yalnız ictimai asayişi təmin etməyə çalışırıq. Fövqəladə rejimin qaydalarına riayət edin - özünüz üçün sakitcə yaşayın.
Qarabağdakı azərbaycanlılar bizə çox yaxşı yanaşırdılar. Məsələn, biz Şuşa bazarına gəlirdik və oradan tam dolu çantalarla qayıdırdıq. Üstəlik, bizə hər şey pulsuz verilirdi. Niyə? Çünkü onlar bizi erməni quldur dəstələrindən müdafiyə olaraq qəbul edirdi. Bir çox yerli sakinlərin övladları da RSFSR ərazisində xidmət edirdi.
Demək istərdim ki, həmin vaxt İttifaqın mərkəzinə xas olan bütün çalxalanmalara baxmayaraq, ümumi xətt respublikaların sərhədlərinin respublikaların razılığı olmadan zorla dəyişdirilə bilməməsindən ibarət idi. Bakı Qarabağın Ermənistana verilməsinə qarşı olduğundan, vilayət Azərbaycanın tərkibində qalmalı idi.
Qarabağa səfərim 1988-ci ilin sentyabrından dekabr ayına qədər davam etdi. 1990-cı ildə yenidən Azərbaycana göndərildim. Hadrutu ziyarət etdim. Viktor Polyaniçko ilə helikopterdə uçduqda erməni quldurları bizə "Stinger" DZRK-dan atəş açdılar. Başımda ağaran saçlarmı görürsüz? Bunlar hamısı ordan, Hadrutdan yadigardır. Yaxşı ki, pilot Əfqanıstan müharibəsində olmuşdu və o, raketdən yayınmanın yollarını bilirdi", - Komarov bildirib.