FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
Tramp Si Cinpinin sentyabrın sonlarında ABŞ-yə səfər edəcəyini açıqladı
25 Oktyabr 2025 17:18
4 445
Avrokubokların tarixinə düşmək "Qarabağ"ın futbolçusu Leandro Andrade üçün xoş sürpriz olub.
"Report"un məlumatına görə, yarımmüdafiəçi bu barədə klubun rəsmi saytına açıqlama verib.
L.Andrade UEFA turnirlərində üç fərqli matçın ilk dəqiqəsində fərqlənməsi ilə bağlı fikirlərini bölüşüb:
"Açığı, təəccübləndim. Oyundan sonra xəbərləri görənə qədər bu rekordu qırdığımı bilmirdim. Bu, mənim üçün xoş bir sürpriz oldu. Belə bir nəticə əldə etdiyimə görə şadam. Həmin gün daha yaxşı ola biləcək yeganə şey oyunu qazanmaq olardı".
Qeyd edək ki, Kabo-Verdeli futbolçusu son olaraq İspaniyada "Atletik"ə uduzduqları (1:3) UEFA Çempionlar Liqası matçının ilk dəqiqəsində rəqib qapısına yol tapıb. O, əvvəlki mövsümlərdə UEFA Avropa Liqasında İsveçin "Hakken" və Rumıniyanın FCSB kollektivi ilə qarşılaşmaların birinci dəqiqəsində adını tabloya yazdırıb.