Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
16:43
798
Sputnik Azərbaycan-ın şef redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakıdan Moskvaya uçub.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) şef redaktoru Yevgeniy Belousov barəsində Xətai Rayon Məhkəməsində oktyabrın 24-də qərar verilib. Belousov barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bir qədər əvvəl “Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx da azadlığa buraxılıb və Rusiyaya yola salınıb.