Lavrov bədbin danışdı: Bakı ilə İrəvan arasında... Siyasət

Lavrov bədbin danışdı: Bakı ilə İrəvan arasında...

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasında humanitar tədbirlərin həyata keçirilməsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, Rusiya XİN başçısı ATƏT baş katibi Tomas Qremingerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib ki, saxlanılanların mübadiləsi məsələsində nikbinlik azdır.
“Ümid edirik ki, bu, baş verəcək”, - deyə o vurğulayıb.
Rusiya XIN başçısı bu ilin aprelində Moskvada ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşün keçirildiyini və bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan arasında humanitar tədbirlərin keçirilməsini ətraflı müzakirə edildiyini söyləyib.
“Çox açıq müzakirələr getdi. Həlak olanların meyitinin və saxlanılanların mübadiləsini, habelə jurnalistlərin qarşılıqlı səfərlərini müzakirə etdik”, - deyə S. Lavrov qeyd edib.