“Türkiyə-ABŞ əlaqələrinin növbəti gərgin mərhələsi yaşanır” Siyasət

“Türkiyə-ABŞ əlaqələrinin növbəti gərgin mərhələsi yaşanır”

Məhəmməd Əsədullazadə: “Trampın bu qətnamələri təsdiq etməsi gözlənilmir”

ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq xarakterizə edən qanun layihəsini qəbul edib. Dördüncü dəfə səsə qoyulan qanun layihəsini yekdilliklə qəbul olunub. Qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında 11 səsə 405 səslə qəbul edilib, lakin Senat tərəfindən üç dəfə ləğv edilib. Bu dəfə isə təsdiqlənib.
Bundan əvvəl isə ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib. Qanun layihəsi Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara və Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə komplekslərinə görə sanksiyalar nəzərdə tutur.
Bu qərar Türkiyədə sərt etiraz doğurub. Qanun layihəsinin qəbulundan bir gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib ki, əgər ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, o zaman İncirlik və Kürəcik bazaları məsələsi gündəmə gələ bilər. Çavuşoğlu bununla yanaşı bildirib ki, Türkiyə ABŞ-ın təyyarələrin çatdırılmasından imtina edəcəyi halda rus qırıcılarına F-35-lərin alternativi kimi baxır.
Türkiyənin Müdafiə naziri Hülusi Akar da S-400-lərdən imtina etməyəcəklərini bildirib.
Türkiyənin keçmiş prezidenti Abdullah Gül deyib ki, ABŞ Senatının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamənin Türkiyə üçün qanuni qüvvəsi yoxdur. O, ABŞ Senatının bu qərarının Türkiyə üşün qəbuledilməz olduğunu bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Konqresinin S-400 raket sistemləri alınmasına görə Ankaraya sanksiya tətbiq etmək qərarını pisləyib və bunu milli təhlükəsizlik sahəsində ölkənin “suveren qərarlarına hörmətsizlik” adlandırıb. Nazirin sözlərinə görə, bu cür qərarlar “ABŞ-Türkiyə münasibətlərinə çox mənfi təsir göstərir”.
XİN başçısının fikrincə, Suriyada “Sülh çeşməsi” əməliyyatı və Türkiyənin Rusiyadan raket sistemlərini satın alması sanksiyalar tətbiq etmək üçün yalnız bəhanədir. Bu qərarın əsl səbəbi isə Türkiyənin uzun zaman ərzində dəqiqliklə hazırlanmış bir layihəyə güclü zərbə endirməsindən yaranan dərin məyusluqla bağlıdır.
Çavuşoğlunun xatırlatdığı kimi, Konqres bu ilin oktyabr ayında oxşar anti-türk sanksiyalar paketini təsdiqlədikdən sonra Türkiyə də buna analoji tədbirlərlə cavab verib. Təkrar sanksiyaların tətbiqi Türkiyənin “izahlarının başa düşülmədiyini” göstərir. Türkiyənin xarici işlər naziri ABŞ-ı “ortaq məqsədləri təhdid altına almayacaq” ABŞ-Türkiyə münasibətlərini inkişaf etdirmək üçün konstruktiv tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri artıq dekabrın 11-də Ankaranın Birləşmiş Ştatların sanksiya tətbiq edəcəyi təqdirdə cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.
“ABŞ Konqresinin üzvləri güc yolu ilə heç nəyə nail olmayacaqlarını başa düşməlidirlər. ABŞ-ın yanaşması müsbət olarsa, bizim də yanaşmamız müsbət olacaq”, – deyə nazir Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.
Türkiyənin ABŞ Hərbi-Hava Qüvvələrinin ölkənin cənubundakı “İncirlik” hava bazasını bağlamağı düşünüb-düşünməyəcəyinə dair bir suala cavabında Çavuşoğlu qeyd edib ki, ən pis vəziyyətdə “Kürəcik” radar stansiyası ilə yanaşı bazanın bağlanması Ankaranın cavab addımlarından biri ola bilər.
“İncirlik” barədə söhbət gedə bilər. “Kürəcik” barədə söhbət gedə bilər. Onların hamısı barədə danışılması mümkündür. Mən fərziyyələrlə danışmaq istəməzdim. Əhəmiyyətli olan konqresin yox, ABŞ administrasiyasının qərarıdır. Biz ən pis variantlar üzrə ssenarini qiymətləndirəcək və qərar verəcəyik”, – deyə Çavuşoğlu bildirib.
Türkiyənin xarici işlər naziri, həmçinin, qeyd edib ki, Ankara Amerika F-35 qırıcılarının tədarük proqramından çıxarıldıqdan sonra alternativ alışların mümkünlüyünü nəzərdən keçirir və Rusiya ilə əməkdaşlıq variantlarını araşdırır.
Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül deyib ki, ABŞ Senatının məlum qərarı Türkiyə hökuməti və xalqının gözündə yox səviyyəsindədir: “Məlum qərarı nə hüquqi, nə siyasi, nə də tarixi olaraq tanıyırıq. Tarixin və hüququn siyasiləşdirilməsi heç bir millətə, heç bir ölkəyə fayda gətirə bilməz. 1915-ci il hadisələri ilə bağlı arxivləri açmaq barədə fikirlərimizi dəfələrlə ən yüksək səviyyədə bildirmişik və bu mövzuda elm adamları ilə birgə hər cür diskussiyaya açığıq. Soyqırımı törətməyən yeganə millət türk millətidir”.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger isə deyib ki, ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qəbul etdiyi qətnamə Ağ Ev administrasiyasının rəsmi siyasətini əks etdirmir. Onun sözlərinə görə, qətnamə qanunvericilik orqanınının sənədidir: “Senat bu məsələ ilə bağlə qərar qəbul edib və biz bunu diqqətə almalıyıq. Amma bu Ağ Evin rəsmi siyasətinin göstəricisi deyil. ABŞ və Türkiyə müttəfiqdir. Biz yaxın dost və tərəfdaşıq, əməkdaşlığımızı davam etdirəcəyəik”.
Prosesi şərh edən politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə bildirdi ki, Türkiyə-ABŞ əlaqələrinin növbəti gərgin mərhələsi yaşanır: “ABŞ senatı Türkiyəyə qarşı sanksiyaları və qondarma "erməni soyqırımı" qətanaməsini qəbul edib. Bu qətnamalərin prezidet tərəfindən təsdiqi lazımdır. Trampın bu qətnamələri təsdiq etməsi gözlənilmir. Əgər, bu, baş verəsə rəsmi şəkildə Türkiyə ABŞ müttəfiqliyi sona etmiş olar”.
Eskpert bildirib ki, bir müddət bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğaın ABŞ səfərində Trampla apardığı danışıqlardan sonra iki tərəf arasında yumuşalma hiss edilsədə proseslər yenidən gərgin mərhələyə daxil oldu: “Buna əsas səbəb Türkiyənin Liviya ilə Aralıq dənizində sahil sularının müəyyənlıəşdirlməsi üçün müqavilənin bağlanmasıdır. Bununlada Türkiyənin Aralıq dənizində siyasi və hərbi gücü daha da artır. Bu müqavilə İsrail və Yunanıstanı xüsusilə, ABŞ ciddi narahat edən faktordu.
Qeyd edim ki, Türkiyə Aralıq dənizində qaz yataqlarının geoloji kəşfiyyatını aparır və Yunanıstanla münaqişədədir.
Qeyd edim ki, Kipr ətrafı şelfdə tapılan milyardalarla qaz yatağı Yunanıstan, Misir və İsrailin bir araya gələrək Türkiyəyə qarşı birləşib, bu şelf zonasında Ankaranın maraqlarını nəzərə almır. Ona görə də Türkiyə öz suveren hüquqlarından istifadə edərək öz nüfuz dairəsinə malik olan ərailərinə nəzarəti gücləndirir və heç bir dövlətin iştirakına imkan vermir.
Göründüyü kimi, bu məslədə ABŞ Yunanıstanı dəstəkləyir və Ankaranın Kipr ətrafında qaz yataqlarının işlənməsinə qarşı çıxır. Bununlada Liviya Türkiyə arasında bağlanan müqaviləyə görə ABŞ Türkiyəyə qarşı qondarma "erməni soyqırım" qətnaməsini gündəliyə çıxardı.
Aralıq dənizində karbohidrogen yataqlarına sahiblənmək uğrunda başlanlan hələki geniş müstəviyı çıxmayan gərgin situasiya yeni münaqişədən xəbər verir. Rusiya bu qaz yataqlarının Türkiyənin nəzarətində olmasında maraqlıdır.
ABŞ Türkiyə münasibətlərinin normallaşması yalnız Türkiyənin Vaşinqtonun diktəsinin qəbul etməsindən sonra normallaşa bilər. Bu da Türkiyə üçün arzuolunan deyil. Çox ciddi geoplotik qarşıdurma mərhələsi yaşanır.
ABŞ -da qondarma "erməni soyqırımı" senatda qəbul edilməsi Azərbaycan ABŞ münasibətlıərinə mənfi təsir edə bilər və Vaşinqtonun Minsk qrupu çərçivəsində vasitəçiliyinə kölgə salacaq”.
Millət vəkili, professor Musa Qasımlı bildirib ki, ABŞ Senatının tarixdə olamayan uydurma erməni soyqırımına dair qəbul etdiyi qətnamə, tarixi gerçəklikləri qətiyyən olduğu kimi əks etdirmir və bunun heç bir hüquqi tarixi faktoloji əsası yoxdur: “Bu tamamilə siyasiləşdirilmiş və Türkiyəyə təzyiq etmək məqsədi ilə qəbul edilmiş qərardır. Bu qətnamənin qəbul edilməsinə təsir edən xüsusi amilTürkiyənin müstəqil xarici siyasət yürütməsinə, Suriyadakı siyasətinə və Rusiya ilə yaxınlaşmasına qarşı edilən təzyiqlərlə bağlıdır”. Millət vəkili əlavə edib ki, ancaq nə qədər qətnamələr qəbul edilir edilsin, təzyiqlər edilir edilsin, Türkiyə qətnamələri qəbul etməz: “Türkiyə tarixdə etmədiyini öz üzərinə götürməz. Ona görə də belə qətnamələrin Türk xalqı və dövləti üçün kağız parçasından başqa bir qiyməti yoxdur”.