Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan yeniyetmə həbs edilib
30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Tramp: "Yaxın 36-72 saat ərzində İranla sülh danışıqları mümkündür"
10 Fevral 2020 18:25
3 423
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhaniyə ölkəsinin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə təbrik məktubu göndərib. Dövlətimizin başçısı tarixi, mədəni və dini köklərə əsaslanan, mehriban qonşuluq şəraitində inkişaf edən Azərbaycan-İran münasibətlərinin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu bildirib. “Əminəm ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcəkdir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Prezident İlham Əliyev Prezident Həsən Ruhaniyə cansağlığı, işlərində uğurlar, dost İran xalqına daim sülh və firavanlıq diləyib.