Moldovalı ekspert Azərbaycanın koronavirusla mübarizəsindən yazıb Siyasət

Moldovalı ekspert Azərbaycanın koronavirusla mübarizəsindən yazıb

“Azərbaycan vətəndaşları milli həmrəylik, məsuliyyət və birliyin onlara virusa qalib gəlməkdə yardım edəcəyinə əmindir”

Azərbaycanda koronavirusla mübarizədə qazanılan uğurlar, görülən effektiv tədbirlər xarici ölkələrdə də diqqətlə izlənilir və COVİD-19-la mübarizədə ölkəmizin təcrübəsindən faydalanmağa çalışılır.
Virusla mübarizə aparan Moldova da Azərbaycan hökumətinin virusa qarşı uğurlu mübarizəsini qeyd edib. Siyasi şərhçi İqor Volnitski rəsmi Bakının virusla mübarizəsinə və ölkə başçısının qəbul etdiyi qərar barədə heyranlıqla yazıb.
Məqalədə bildirilir:”COVİD-19 virusu və onun nəticələri bütün ölkələr üçün ciddi təhlükə mənbəyidir. Milli maraqlarından, iqtisadi imkanlarından, həmçinin, hər bir ölkənin obyektiv və subyektiuv faktorlardan çıxış edərək təhlükəyə qarşı hər ölkə öz mübarizə strategiyasını formalaşdırır.
Bu kontekstdə dost Azərbaycanın təcrübəsini öyrənmək maraqlıdır. Sirr deyil ki, Cənubi Qafqazın bu regional lideri prezident İlham Əluyevin idarəsi ilə dünya birliyinə sinxron inteqrasiya edir. Onun başçılığı alıtnda keçirilən effektiv islahatlar ilk növbədə, xalqın rifahını yüksəltməyə, iqtisadiyyatın güclənməsinə və sosial sferanın güclənməsinə, vətəndaş sektorunun inkişafına istiqamətlənib.
Dövlət başçısının koronavirusun yayılmasına qarşı qətiyyətli addmılları öz nəticəsini göstərdi. Martın 9-13-ü tarixlərində Azərbaycanda virusla bağlı vəziyyəti öyrənən Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları da atııan addımların nəticəsini yüksək dəyərləndirdi.
İlham Əliyev Türk Şurasının onlayn formatda keçirilən fövqəladə sammitində çıxışı zamanı xüsusilə qeyd etmişdi: “Martın 23-də ÜST-ün baş direktoru doktor Tedros Adanom Gebreyesusun göndərdiyi məktubda Azərbaycanda görülən işlər yüksək qiymətləndirilib. Ölkəmiz pandemiyaya qarşı görülən işlərlə bağlı nümunəvi ölkə sayılıb”.
İlk növbədə, hələ yanvarın 24-də dövlət başçısının göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.
Martın 3-də ölkədə bütün təhsil müəssisələri, ali və orta ixtisas məktəblərində dərslər dayandırlımış, toylara qədər bütün kütləvi tədbirlər ləğv edilmişdi. Karantinin mərhələli şəkildə martın 24-dən aprelin 20-nə qədər uzadılmış və əhalinin qorunması üçün tədbirlər sərtləşdirilmişdi: ticarət, əyləncə, idman mərkəzləri fəaliyyətini dayandırmış, restoran, park və ictimai istirahət yerləri bağlanmışdı. Beynəlxalq nəqliyyat və Bakı metropolitenin fəaliyyəti dondurulmuşdu. Ölkə vətəndaşları üçün xüsusi karantin rejimi tətbiq edilmiş, 65 yaşdan yuxarı şəxslərə evdən çıxmaq qadağan olunmuşdu.
Bəzi dövlət və özəl müəssisələrdə çalışanlar istisan olmaqla, Azərbaycanın qalan sakinlərinə yaşayış yerlərini yalnız xüsusi ehtiyac yaranan zaman SMS göndərməklə yalnız 1 dəfə 2 saatlıq tərk etməyə icazə verilib. Aprelin 18-də isə insanların həyat və sağlamlığının daha yaxşı müdafiəsi, həmçinin, virusun yayılma sürətini kəskin azaltmaq üçün xüsusi karantin rejiminin mayın 4-də qədər uzadılması barədə qərar verilib.
Prezidentin hər bir Azərbaycan vətəndaşının qayğısına qalması yalnız məhdudlaşdırıcı tədbirlərlə deyil, əhalini aztapılan müdafiə vasitələri ilə təmin edilməsində də göstərib. Ölkə başçısının sətəncam və birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti altında gündəlik 120 min, gələcəkdə isə 250 min tibbi maska istehsal edəcək müəssisənin işə başlaması təmin edilib.
Bundan başqa, ölkədə tibbi spirt və digər dezinfeksiya vasitələrinin istehsalı təmin olunub.
Pandemiya fonunda açılışı payızda gözlənilən xəstəxananın açılışı önəmli hadisələrdən oldu. Ölkənin ən böyük xəstəxanalarından biri 575 çarpayından ibarətdir və müasir tibbi avadanlıqla təchiz olunub. Xəstəxananın çaılışına qatılan prezident İlham Əliyev onun inşasının təşəbbüskarı olduğunu və qərar verilən zaman bəzilərinin ölkədə onsuz da çox xəstəxana olduğu üçün buna ehtiyac olmadığını söylədiklərini xatırladıb.
“Amma həyat göstərici ki, bu vaxtında atılnmış düzgün addım idi. Çünki burada yalnız koronaviruslu xəstələr müalicə alır”.
Dövlət başçısı həmçinin, vətəndaşların maddi təminatı üçün də addımlar atdı. Ölkə başçısının sərəncamı ilə Əmək və Sosial Müdafiə nazirliyinə xüsusi karantin rejimi ilə bağlı çalışa bilməyən işsizlərə və muzdlu işçilərə aprelin 9-dan birdəfəlik ödəmələrin verilməsi barədə göstəriş verdi. 200 min insana artıq ödənişlər olub. Xəstələrə baxan həkimlərin maddi vəziyyətini yaxşılaşdırmaq, onların əziyyətini layiqincə qiymətlənmdirmək üçün əmək haqları artırılıb. Onlar 3-5 qat maaş alacaqlar ki, bununla bağlı vəsait ayrılıb və qərar imzalanıb.
Xalqa və hökumətə müraciəti zamanı, ölkə başçısı vaxtında atılan lazımı addmların, koordinasiya işinə görə ölkənin daha ciddi problemlərlə qarşılaşmadığını əlavə edib.
“Koronavirus bizim planlarımıza təsir etsə də, tutduğumuz yoldan bizi döndərə bilməz”-deyə İlham Əliyev söyləyib.
Çətin izolyasya günlərində yardımı hiss etdikləri üçün xalq ona inanır. Azərbaycan vətəndaşları milli həmrəylik, məsuliyyət və birliyin onlara virusa qalib gəlməkdə yardım edəcəyinə əmindir. Bu gün hər bir azərbaycanlının şüarı ilk dəfə prezidentin səsləndirdiyi “Birgə biz güclüyük” şüarıdır”.