“Bu XXI əsrdə Los Ancelesin mərkəzində ermənilərin törətdiyi ağır cinayətdir” Siyasət

“Bu XXI əsrdə Los Ancelesin mərkəzində ermənilərin törətdiyi ağır cinayətdir”

Tomris Azəri: “Buna qarşı hüquqi müstəvidə ciddi mübarizə aparmalıyıq”

Tovuz hadisələrindən sonra dünyanın müxtəlif ölkələrində erməni diasporu da təxribatlara əl atır. Soydaşlarımıza qarşı törədilən vandal hərəkətlər əslində ermənilərin özlərinə qarşı çevrilə bilər.
Amerika Azərbaycanlılar Cəmiyyətinin sədri Tomris Azəri ilə baş verənlər haqqında danışdıq: “Əvvəlcə nəzərinizə çatdırım ki, Los Ancelesdəki Azərbaycan konsulluğu nun yanında təqribən 3 min erməni toplaşmişdı. 50 nəfərlik azərbaycanlı bir qrup da konsulluqda, Azərbaycanın sərhədləri içərisində erməni ordusunun başlatdığı savaşa qarşı dinc aksiya düzənlədi. Erməni aksiya iştirakçıları Azərbaycan və Türkiyə xalqına qarşı müxtəlif həqarətlər yağdırmağa başladılar. Aksiyanı kontrol etmək və qanunsuzluğun qarşısını almaq üçün Los Anceles polisi olay yerinə gətirildi.
Ermənilər təxribatçı əməllərini daha da genişləndirdilər. Avtomobillərlə hərkət edərək təhqiramiz ifadələr səsləndirdilər. Aksiya sona çatanda durum kontroldan çıxdı. Polis yetərli sayda deyuildi və ermənilərin hücumunun qarşısını ala bilmədi.
Bundan sonra polis az sayda olan soydaşlarımızın bölgədən çıxarılmasına qərra verdi.
Emənilər polis səddini aşaraq sayca qat-qat az olan azərbaycanlı və amerikan aksiyaçılara hücum etdi və fiziki xəsarətlər yetirməyə başladı. Sonda azərbaycanlılar yaralandı və 4 soydaşımız xəstəxanaya aparıldı”.
T.Azəri əlavə etdi ki, bu 21-ci əsrdə Los Ancelesin mərkəzində ermənilərin törətdiyi şovinizmi, nifrəti körükləyən ağır cinayətdir. Düşünürəm ki, bu hadisə mütləq hüquqi müstəvidə araşdırılmalıdır. Bu bir vəhşilikdir və erməni şovinizmindən doğan cinayət hadisəsidir. Hesab edirəm ki, buna qarşı hüquqi müstəvidə ciddi mübarizə aparmalıyıq”.

Əli Zülfüqaroğlu